SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türk Şurasının növbəti Zirvə Görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır

Türk Şurasının növbəti Zirvə Görüşünün Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır
14-02-2020, 17:00

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti Zirvə Görüşünün bu ilin payızında Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Qazaxıstanın Baş Naziri Askar Mamin bildirib. Qeyd edib ki, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və dövlət başçısı Kasım-Jomart Tokayev Türküstan şəhərinin inkişafına xüsusi diqqət yetirirlər. Bu ilin payızında burada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün lazımi obyektlərin tikintisinin vaxtında və keyfiyyətlə başa çatdırılmasını təmin etmək lazımdır.

2019-cu il oktyabrın 15-də TDƏŞ-ə üzv ölkələrin başçılarının Bakıda keçirilən VII Zirvə Görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev növbəti görüşün Türküstanda keçirilməsi təklifini irəli sürüb. Həmçinin o, “Türk Görüşü – 2040” proqramının hazırlanmasını, gələcəkdə Türk Şurasının beynəlxalq təşkilat səviyyəsinə qaldırılması üçün onun adının yenidən nəzərdən keçirilməsini təklif edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31