SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisə yeni sədr seçiləcək

Milli Məclisə yeni sədr seçiləcək
13-02-2020, 17:11

VI çağırış Milli Məclisin ilk iclasının gündəliyində müzakirə ediləcək məsələlər məlum olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Qeyd edək ki, VI çağırış Milli Məclisin ilk iclasının mart ayının əvvəlində keçiriləcəyi gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31