SON DƏQİQƏ

naxcivanxeberleri.com

Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib

Zakir Həsənov Türkiyənin müdafiə nazirinə başsağlığı verib
3-02-2020, 18:34

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031