SON DƏQQƏ

naxcivanxeberleri.com

Gürcüstanın XİN başçısı: "İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir"

Gürcüstanın XİN başçısı: "İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir"
27-01-2020, 21:20

"Münaqişələr və dondurulmuş münaqişələr Avropa Şurası Nazirlər Komitəsini çox narahat edir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir bildirib ki, həlli tapılmamış münaqişələrin həlli zamanı beynəlxalq prinsiplər əsas tutulmalıdır: “İşğal olunmuş ərazilərə de-fakto nəzarət edən tərəflərə təsir göstərilməlidir. Onlar bu dəvəquşu siyasətlərini həyata keçirməyə son qoymalıdırlar. Yoxsa bu işğalçı tərəflərin fəaliyyətini daha da genişləndirə bilər".

"Çox vacibdir ki, münaqişədə olan tərəflər barışığa çalışsınlar. Münaqişəli tərəflər arasında bir-birlərinə inamın yaranması vacib məsələlərdəndir", - nazir vurğulayıb.

Xatırladaq ki, Gürcüstan 2019-cu ilin noyabr ayından 2020-ci ilin may ayına kimi Avropa Şurası Nazirlər Komitəsinin prezidenti vəzifəsini həyata keçirir.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930