SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Almaniya kanslerinə güzgü və dəbilqə hədiyyə edib

Ərdoğan Almaniya kanslerinə güzgü və dəbilqə hədiyyə edib
24-01-2020, 15:41

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

NAXCİVANXEBERLERİ.COM “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, A.Merkel bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türk-Alman Universitetinin yeni binasının açılış mərasimində iştirak edib.

R.T.Ərdoğan çıxışında Liviyadakı son vəziyyətə toxunaraq sabitliyin təmin edilmədiyi təqdirdə xaosun Aralıq dənizi hövzəsinə təsir edəcəyini bildirib.

A.Merkel isə vaxtilə almaniyalı alimlərin Türkiyəyə sığındığını, indi Türkiyənin milyonlarla suriyalı qaçqına sığınacaq imkanı verdiyini söyləyib. O, Türkiyənin Almaniyanın dəstəyi ilə qaçqınların təhsilinə verdiyi önəmli töhfələrini də vurğulayıb. A.Merkel həmçinin elm və təhsilin insanların yaradıcılıq və azadlığını inkişaf etdirdiyini deyib: "Elm nə qədər azadsa, elmdə qazanılan nəticələr də bir o qədər zəngindir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829