SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını istəyir

Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını istəyir
23-01-2020, 17:00

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun genişləndirilməsini və Gürcüstanın təşkilata üzv qəbul olunmasını vacib hesab edir.

NAXCİVANXEBERLERİ.COM “Reuters”ə istinadən xəbər verir ki, nazir bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsindəki panel müzakirələrdə bildirib.

“Gürcüstanı niyə dəvət etmədiyimizi, yaxud da Gürcüstanın üzvlüyünə yönələn fəaliyyət planını işə salmadığımızı başa düşmürəm... Biz qonşu ölkə kimi Rusiya ilə əlaqələrimizi nisbətən yaxşılaşdırdığımıza görə tənqidlərə tuş gəlirik, amma qərbli dostlarımız da Rusiyanı təhrik etmək istəmədikləri üçün Gürcüstanı dəvət etməyə razılaşmayıblar. Amma Gürcüstan bizə möhtacdır, biz də Gürcüstan kimi müttəfiqə ehtiyac duyuruq. Odur ki, bizə genişlənmə gərəkdir, Gürcüstan da üzv olmalıdır”, M.Çavuşoğlu deyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829