SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Belarusun poçt markası müsabiqəsinə qatılır

Azərbaycan Belarusun poçt markası müsabiqəsinə qatılır
15-01-2020, 11:11

Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxşı poçt markası” müsabiqə-sorğusu keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Azerpoçt”a istinadən xəbər verir ki, hər kəs bu yarışmada iştirak edə bilər.

Bunun üçün aşağıdakılar tələb olunur:

- Belpoçta saytının «Филателия»http://www.belpost.by/stamps/best-stamp-2019/ bölməsinə daxil olmaqla, sorğu blankını yükləyərək doldurmaq, sonra isə ən çox bəyənilən poçt markasının və ya poçt blokunun nömrəsini göstərmək, eləcə də [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

- Ölkənin istənilən poçt şöbəsinə baş çəkməli, müsabiqənin şərtləri ilə tanış olmalı və təqdim edilən sorğu blankını doldurmaq lazımdır. Sorğununun üzərinə “Müsabiqə” sözünü qeyd edib, “Marka” Nəşriyyat mərkəzi, RUP “Belpoçta”, pr. Nezavisimost, 10, 220050, Minsk ş. ünvanına göndərməlisiniz.

Qeyd edilən müddət ərzində müsabiqənin sorğu blankını düzgün dolduran və qalib markanın adını bildirən bütün iştirakçılar arasında hədiyyələr oynanılacaq. Hədiyyələr filatelik məhsul dəstləri olacaq.

Xatırladaq ki, ən çox səs toplayan poçt markası və ya bloku qalib hesab ediləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031