SON DƏQİQƏ

naxcivanxeberleri.com

Putinlə Makron Ukrayna, Suriya, İran məsələlərini müzakirə ediblər

Putinlə Makron Ukrayna, Suriya, İran məsələlərini müzakirə ediblər
12-01-2020, 20:00

Rusiya prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları Ukrayna və Suriya məsələlərini müzakirə ediblər. "Görüşdə Ukraynadaxili münaqişəyə və Suriyadakı vəziyyətə toxunulub", - deyə xəbərdə bildirilir.

Putin və Makron həmçinin İran ətrafında yaranan gərginliklə bağlı tərəfləri təmkinli olması zəruriliyinə toxunublar.

"İran ətrafında gərgin vəziyyətlə əlaqədar Rusiya və Fransa prezidentləri bütün tərəflərin təmkinliliyi təzahürünə ehtiyacın olduğunu qeyd etdilər və Birgə Hərtərəfli İş Planının saxlanılmasına yönəldilmiş səylərin davam etdirilməsinin faydası ilə bağlı fikir bildirdilər", - xəbərdə deyilir.

Dövlət başçıları şəxsli əlaqələri davam etdirməyi razılaşdırıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031