SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Gürcüstanın baş naziri və parlament sədri ilə görüşəcək

Elmar Məmmədyarov Gürcüstanın baş naziri və parlament sədri ilə görüşəcək
22-12-2019, 16:20

Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Tbilisidə keçiriləcək səkkizinci görüşündə 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə olunacaq.

NAXCİVANXEBERLERİ.COM bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN)“Report”un yerli bürosuna verdiyi məlumata istinadən xəbər verir.

Qeyd olunub ki, sənəddə hər üç ölkənin müvafiq qurumlarının konkret fəaliyyətləri öz əksini tapacaq.

Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan və Türkiyənin xarici işlər nazirləri – Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə görüş keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

E.Məmmədyarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin parlament sədri Arçil Talakvadze ilə də görüş keçirəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930