SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə iqtisadi əlaqələri genişləndirir

Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə iqtisadi əlaqələri genişləndirir
16-12-2019, 11:11

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Görüşdə Rusiya ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb. M. Cabbarov 2019-cu ilin Azərbaycan-Rusiya əməkdaşlığının genişlənməsi baxımından xüsusilə uğurlu olduğunu qeyd edib, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yaxınlarda Moskvaya səfərinın qarşıdakı dövrdə əlaqələrin intensivləşdirilməsi prosesinə yeni impuls verdiyini diqqətə çatdırıb.

İ.Babuşkin Rusiya regionlarının Azərbaycanla əlaqələrin inkişafında marağını vurğulayıb, Rusiyanın federal subyektləri, xüsusilə Həştərxan vilayəti ilə sıx münasibətlərin qurulmasından məmnunluğunu ifadə edib.

Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.

Görüşün sonunda Azərbaycanla Həştərxan arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi M.Cabbarov və İ.Babuşkin imzalayıblar.

Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031