SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə parlamenti Liviya ilə müdafiə müqaviləsini müzakirə edəcək

Türkiyə parlamenti Liviya ilə müdafiə müqaviləsini müzakirə edəcək
15-12-2019, 18:50

Türkiyə ilə Liviya arasında imzalanan təhlükəsizlik və müdafiə sahəsində Anlaşma Memorandumu təsdiqlənməsi üçün Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

NAXCİVANXEBERLERİ.COM Anadolu agentliyinə istinadən xəbər verir ki, 27 noyabrda İstanbulda imzalanan sənəd iki ölkə arasında müdafiə əməkdaşlığını inkişaf etdirmək məqsədi daşıyır.

Memorandum təhlükəsizlik, hərbi hazırlıq, müdafiə sənayesi, terrorizm və qanunsuz miqrasiya ilə mübarizə, habelə logistika və kartoqrafiya sahələrində əməkdaşlığı əhatə edir.

Bundan əlavə, sənəd tərəflərdən birinin müraciəti olduqda, Türkiyə və Liviyada hərbi sahədə təcrübə mübadiləsi məqsədi ilə müdafiə və təhlükəsizlik sahəsində ortaq əməkdaşlıq üçün ofislər yaratmağa imkan verir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31