SON DƏQQƏ

naxcivanxeberleri.com

Türkiyənin hərbi dənizçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib

Türkiyənin hərbi dənizçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib
14-12-2019, 16:05

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.

NAXCİVANXEBERLERİ.COM-un verdiyi məlumata görə, məşqlər zamanı gəminin döyüşə və səfərə hazırlanması, körpüdən aralanması və baza məntəqəsindən çıxmasının təşkili, eləcə də dar keçidlərdə, məhdud görünüş zamanı və dayaz sularda üzən zaman idarə olunması tədbirləri icra edilib. Bundan əlavə, gəmi heyətinin sükanın və girokompasın sıradan çıxması zamanı fəaliyyəti, gəminin hər hansı bir hissəsində baş verən yanğın zamanı davamlılıq uğrunda mübarizə fəaliyyəti yerinə yetirilib.

Günün planına əsasən gəminin lövbərə durması və lövbərdən çıxması, dənizə düşən adamın xilas edilməsi, gəminin körpüyə yan alması və baza məntəqəsinə girişin təşkili və digər tapşırıqlar icra olunub.

Praktiki məşqlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Məşqlər zamanı yerinə yetirilən proseslərdə qardaş ölkənin dənizçiləri də iştirak edib, təcrübələrini bölüşüblər. Qonaqlar dənizçilərimizin fəaliyyətini və bacarığını yüksək qiymətləndiriblər.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930