SON DƏQİQƏ

naxcivanxeberleri.com

İran Azərbaycana ticarət attaşesi göndərəcək

İran Azərbaycana ticarət attaşesi göndərəcək
2-12-2019, 16:51

Vəsait təmin olunduğu halda, İran Azərbaycan və bir sıra ölkələrə ticarət attaşesi göndərəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının sədri və İranın sənaye, mədən və ticarət nazirinin müavini Həmid Zadbum deyib.

İndiyədək 5 ölkəyə ticarət attaşesinin göndərildiyini bildirən H.Zadbumun sözlərinə görə, Azərbaycan, Rusiya, Hindistan, Çin, İraqın kürd muxtariyyəti və Omana ticarət attaşelərinin göndərilməsi prioritet təşkil edir.

Nazir müavini ticarət attaşelərinin sayının artırılmasının büdcədə nəzərdə tutulduğunu, lakin indiyədək vəsaitin təmin olunmadığını deyib.

O, əlavə edib ki, növbəti mərhələdə Qazaxıstan, Türkmənistan, Suriya və Livana ticarət attaşelərinin göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatı 60 ticarət attaşesini digər ölkələrə ezam edə bilər. İranın hər bir ticarət attaşesinin Ticarət İnkişafı Təşkilatı üçün xərcinin orta hesabla ayda 10 min dollar olacağı bildirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031