SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
22-01-2019, 17:53

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Parlamentdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova bildirib ki, ötən il ölkənin dünyada nüfuzunun daha da artması ilə müşahidə olunub, bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində xalq mütəşəkkil şəkildə iştirak edib və layiqli namizədə səs verib: “Mötəbər beynəlxalq təşkilatların, çoxsaylı xarici dövlətlərin nümayəndə heyətlərinin qatıldığı Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı yubiley mərasimi yüksək səviyyədə keçirildi. Ölkəmiz keyfiyyətcə yeni dönəmə qədəm qoyub. Həyatın bütün sahələrində islahatlar sürətlə davam etdirilir. Bu işdə Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Parlamentin üzvləri beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirak edir, aktual məsələlərlə bağlı ölkəmizin mövqeyini geniş ictimaiyyətə çatdırırlar”.

B.Muradova gündəlikdəki məsələlər barədə məlumat verib

Komitənin 2018-ci ilin payız sessiyasında fəaliyyəti barədə hesabat təqdim olunub. Bildirilib ki, sessiya ərzində 6 iclas keçirilib, 7 məsələyə baxılıb. Komitə tərəfindən Milli Məclisə tövsiyə edilən 3 sənəd – “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunlar, habelə, “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihələr plenar iclasda müzakirə edilərək qəbul olunub.

Hesabat dövründə komitəyə 419 müraciət daxil olub. Komitənin rəhbərliyi tərəfindən 95 vətəndaş qəbul edilib. Ərizələrə baxılması üçün müxtəlif ünvanlara 258 məktub göndərilib.

Qeyd edilib ki, komitə üzvləri Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin, Avropa və Asiyada fəaliyyət göstərən siyasi partiyaların gənclər təşkilatları üzvlərinin iştirakı ilə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda dəyirmi masada iştirak ediblər.

Məlumat verilib ki, növbəti sessiyada Milli Məclisə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin müzakirəsi, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanun və qərar layihələrinə dair rəy hazırlanması, beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Deputatlar Hikmət Məmmədov, Tahir Kərimli, Elman Nəsirov, Əflatun Amaşov, Yevda Abramov çıxış edərək komitənin 2018-ci ilin payız sessiyasında fəaliyyətini qənaətbəxş hesab etdilər, 2019-cu ilin yaz və növbədənkənar sessiyaları üçün iş planını müsbət dəyərləndirdilər, cari məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Sonra parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik və Sosial qanunvericilik şöbələrinin məsul işçiləri müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat veriblər.

Bildirilib ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna 1.2-1-ci maddə əlavə olunur. Əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Bununla bağlı qanunun 3.2 və 7-ci maddələrində də müvafiq dəyişikliklər edilib.

Qeyd olundu ki, həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda da düzəlişlər aparılıb. Belə ki, qanunun 6-cı maddəsində təsbit olunan vətəndaşlığı təsdiq edən sənədlər siyahısına “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı” bəndi əlavə edilir.

Ailə Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı bildirildi ki, 164.1-ci maddədə “təqdim edildikdə” sözləri “əsasında” sözü ilə əvəz olunur və ikinci cümlə əlavə edilir. Aparılan düzəlişdən sonra maddə aşağıdakı kimi səslənir: “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur”. Bu dəyişiklik ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Habelə, doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təklif olunur ki, Məcəllənin 166.2-ci maddəsində “valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər” sözləri “uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilsin.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30