SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Rossiya 24” telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini yayımlayıb

“Rossiya 24” telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müsahibəsini yayımlayıb
25-11-2019, 15:21

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə, Rusiyanın nüfuzlu rəsmi qəzeti olan “Rossiyskaya qazeta” nəşrinə və “Rossiya-24” telekanalına müsahibə verib. Noyabrın 25-də “Rossiya-24” telekanalı Birinci vitse-prezident Mehriban Əliyevanın müsahibəsini yayımlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.

Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibənin sonunda qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan və rus xalqlarına xoş arzularını çatdırıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031