SON DƏQİQƏ

22:55 - Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir

22:35 - Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır

22:12 - Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır

22:05 - Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək

21:44 - Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik

21:38 - Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21:26 - Ermənistanda fövqəladə vəziyyət rejimi yenə uzadılacaq

20:53 - İsraildə karantin rejimi gücləndirilir

20:35 - Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

19:58 - ABŞ-da işlək qazma qurğularının sayı antorekorda getməkdə davam edir

19:33 - Yaponiyada daşqın qurbanlarının sayı artır

19:10 - Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi

18:56 - Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

18:35 - Naxçıvanşünaslıq Mərkəzi qədim Naxçıvanın tədqiqində və təbliğində özünəməxsus rola malikdir-FOTO

18:14 - AZAL yenidən vətəndaşlara müraciət etdi

naxcivanxeberleri.com

Milli Məclisin plenar iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur

Milli Məclisin plenar iclasında Ombudsmanlığa namizədlik müzakirə olunur
22-11-2019, 15:14

Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iclasda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılır.

Bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən üç xanımın namizədliyi irəli sürülüb.

Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı 1979-cu il təvəllüddür. O, Apellyasiya Məhkəmənin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva, daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O, daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.

Üçüncü xanım namizəd Kəmalə Əlieyva isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.

Məsələ komitənin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. Parlamentin plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsini 82 yaşlı Elmira Süleymanova icra edir. E.Süleymanova 2002-ci ildən Ombudsmandır. Onun Ombudsman kimi səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031