SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycana qarşı qərəzli kampaniya və ikili standartlar siyasəti

Azərbaycana qarşı qərəzli  kampaniya və ikili standartlar siyasəti
21-01-2019, 20:08


Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər qüdrətli olmayıb. Sürətli inkişaf, ictimai-siyasi sabitlik, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələrdə tarixi uğurların qazanılması müasir Azərbaycanın mənzərəsini səciyyələndirir. Respublikamız, həmçinin dünya birliyinin layiqli və məsuliyyətli üzvü kimi yüksək nüfuza malikdir. Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi qüvvələr, daha dəqiq desək, anti-Azərbaycan dairələr isə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyir, hətta qarayaxma kampaniyası və digər vasitələrə təzyiq etməyə çalışırlar. Biz bunu son olaraq Avropa Parlamentində (AP) Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbul olunmasında gördük.

AP-də Azərbaycanla bağlı müzakirələrin aparılması və qərəzli qətnamənin qəbul olunması “köhnə qitə”də erməni lobbisi və ermənipərəst dairələr tərəfindən yazılmış siyasi ssenarinin tərkib hissəsi idi. Bu qərəzli şounun iştirakçılarına nəzər saldıqda prosesin məhz anti-Azərbaycan dairələr tərəfindən idarə olunduğunu aşkar edir. Gəlin bu barədə bəzi detallara nəzər salaq. Bilindiyi kimi, qətnamənin həmmüəlliflərindən biri AP-nin üzvü Rebekka Harmsdır. O həmçinin Avronest Parlament Assambleyasının həmsədridir və öz fəaliyyətini Sorosun təsiri altında davam etdirir. Onun məsələ ilə bağlı guya azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia etməsi də əsassız və həqiqətdən uzaqdır. Yəni R.Harms yalan danışır və reallıqdan uzaq fikirləri ilə qərəzli niyyətini, yalanlarını ört-basdır etməyə çalışır. İkinci məsələ ondan ibarətdir ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə barədə ilk məlumat erməni mətbuatında yer alıb. Niyə məhz erməni mətbuatı, bu da təsadüfdür? Əlbəttə, yox! Bu fakt qətnamənin qəbulunda erməni lobbisinin izini aydın göstərir. Qısacası, anti-Azərbaycan dairələr Mehman Hüseynov məsələsindən istifadə edirlər, bu məsələni şişirdərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Elə qətnamənin qəbul olunması onların Azərbaycana qarşı planlaşdırdıqları məkrli ssenarinin uğursuz nəticəsidir.

Başqa bir vacib məqam haqqında... Avropa Parlamenti həqiqətən də demokratiya və insan hüquqlarının keşiyində durursa, niyə Avropada baş verən prosesləri görməzdən gəlir?! “Sarı jiletlər” adlandırılan mitinqçilərin Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları zamanı polis zorakılığına məruz qalmasını, yüzlərlə insanın həbs olunmasını görmürlər? Hüquqi məsələləri siyasiləşdirərək Azərbaycana qarşı ittihamlar irəli sürən hüquq müdafiə təşkilatları nə üçün susurlar? Və ya dünya Suriyada, Yəməndə insan övladının aclıqla imtahana çəkildiyini (məhz Qərbin oyunları nəticəsində), Çində, Myanmarda dini zəmində insanlara verilən işgəncələri, qətilləri görməzdən gələrək, cinayət əməlinə görə həbs edilən bir şəxsin müdafiəsinə qalxmağa hansı anlamı vermək olar?

Bu sualların cavabı çox sadədir: həmin qurumlar faktiki olaraq təzyiq alətinə çevriliblər, ona görə də ikili standartlar siyasəti yeridirlər. Şübhəsiz ki, bu siyasət iflasa məhkumdur, ölkəmizə qarşı təzyiq cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycan müstəqil siyasətini davam etdirir və öz yolunda irəliləyir!


Hüseyn MİRZƏ

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930