SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bələdiyyə seçkilərində iştirak edəcək 22 529 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkilərində iştirak edəcək 22 529 nəfərin namizədliyi qeydə alınıb
16-11-2019, 15:15

"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 41 841 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib: "14 564 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. M.Pənahov qeyd edib ki, bələdiyyə seçkilərində iştirak edəcək 22 529 nəfərin namizədliyi qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031