SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Türk Şurasının baş katibi ilə görüşüb
9-11-2019, 18:54

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Antalyada keçirilən iclası çərçivəsində Türk Şurasının baş katibi Bağdad Amreyev ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, B.Amreyev Türk Şurasının Bakı Zirvə Görüşünün yüksək səviyyədə təşkilindən məmnunluq ifadə edib və Azərbaycanın bu kimi tədbirlərin keçirilməsi təcrübəsini yüksək dəyərləndirib.

Baş katib TDƏŞ-ə artan marağı qeyd edərək bir çox ölkələr tərəfindən təşkilatda müşahidəçi qismində qoşulmaq istəyinin ifadə edildiyini bildirib.

Təşkilatın qarşıda duran əsas vəzifələrinə toxunan B.Amreyev üzv ölkələrin energetika nazirlərinin görüşünün keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd edib.

Öz növbəsində, E.Məmmədyarov Türk Şurasının gündəliyində duran başlıca məsələlərlə bağlı verilən ətraflı məlumata görə təşəkkür edərək təşkilatın reallaşdırmağı nəzərdə tutduğu tədbir və layihələri təqdir edib.

Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930