SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov İordaniyanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov İordaniyanın yeni səfirini qəbul edib
8-11-2019, 16:11

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Səmi Abdulla Ğoşeni qəbul edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən Elmar Məmmədyarov bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğulayıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Səmi Abdulla Ğoşe diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə səfir Səmi Abdulla Ğoşe etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Elmar Məmmədyarov Səfir Səmi Abdulla Ğoşeni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930