SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan protokol və işgüzar etiket üzrə aparıcı ekspertlərin beynəlxalq forumunda iştirak edib

Azərbaycan protokol və işgüzar etiket üzrə aparıcı ekspertlərin beynəlxalq forumunda iştirak edib
8-11-2019, 12:19

Rusiya paytaxtı Moskva şəhərində oktyabrın 31-dən noyabrın 1-dək V "Protokol Xidməti" Beynəlxalq Forumu (FEPS) keçirilib.

NAXCİVANXEBERLERİ.COM "News.ru"ya istinadən xəbər verir ki, forumda dövlət idarəçiliyi və biznes sahələrində protokol və işgüzar etika üzrə dünyanın aparıcı ekspertləri iştirak ediblər.

Forumun işində 1990-cı ildə Rusiya Prezidentinin Protokol Xidmətini yaratmış Vladimir Şevçenko, Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının sədri Georgi Vilinbaxov və protokol və işgüzar etika sahəsində bir çox tanınmış şəxslər, müxtəlif nazirlik və idarələrin protokol xidmətlərinin rəsmiləri, regionların nümayəndələri, iri korporativ biznes strukturlarının və bank sektorunun rəhbərləri, özəl biznes sahibləri iştirak ediblər.

Bundan əlavə, foruma Azərbaycan, Argentina, Malta, İtaliya, İspaniya, Niderland, Yaponiya və digər ölkələrdən qonaqlar da qatılıblar. SOCAR-ın İctimaiyyətlə əlaqələr, protokol və tədbirlərin təşkili idarəsinin rəisi Rüfət Zamanov forumda məruzəçi qismində iştirak edib.

Forum Rusiya Milli Protokol İşçiləri Assosiasiyası tərəfindən təşkil olunub. Forumun keçirildiyi 5 il ərzində dünyanın müxtəlif ölkələrindən 200-dən çox ekspert və Rusiyanın 50 regionundan 2500 nümayəndə tədbirə qatılıb.

"Protokol Xidməti" Forumu hər il şirkətlərin bazar mövqeyi, tədbirlərin və ən yüksək səviyyəli danışıqların uğurla keçirilməsi, işgüzar mühitdə mədəniyyətlərarası əlaqələrin aktual mövzularını qaldırır. FEPS iştirakçıları protokol xidmətlərinin müasir işi üçün zəruri olan əsas alətləri, innovativ və texnoloji həlləri müzakirə edirlər. Forum böyük ölçüdə bütünlükdə sahənin inkişafının əsas istiqamətlərini müəyyənləşdirir.

Bu, hökumət rəsmilərinin, işgüzar dairələrin, rusiyalı və xarici mütəxəssislərin iştirakı ilə diplomatik və işgüzar protokol məsələlərini müzakirə etmək üçün hər il keçirilən böyük beynəlxalq tədbirdir.

Forumun açılışında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun təbrik məktubu oxunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930