SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər

Türkdilli dövlətlər birgə hərbi təlimlər keçirə bilər
5-11-2019, 15:00

Türkdilli dövlətlərin birgə hərbi təlimləri keçirilə bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu məsələ noyabrın 5-də Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə olunub.

İki ölkənin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930