SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
1-11-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Sahil Parkı” İdarəsinin yaradılması və fəaliyyətinin təşkil olunması haqqında” Qərar təsdiq olunub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bundan başqa, həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” təsdiq edilmişdir.
Bu qaydalara əsasən Naxçıvan Muxtar Respublikasında vergiödəyicisindən və ya sığortaedəndən düzgün tutulma mış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faiz lərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması müəyyən edilir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 23 oktyabr tarixli 153 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 aprel tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üzrə Muxtar Respublika Komissiyası üzvlərinin Siyahısı” nda və “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarında da dəyişikliklər edilmişdir.
Həmçinin həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarında dəyişik liklər olunmuşdur.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728