SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Fələstinin Xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Fələstinin Xarici işlər naziri ilə görüşüb
25-10-2019, 20:30

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Fələstin Dövlətinin Xarici İşlər naziri Riad Əl-Maliki ilə görüşüb.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşün əvvəlində Fələstin naziri Azərbaycanı QH-də sədrliyə başlaması, dövlət müstəqilliyinin 28 illiyi və G-77 qrupuna qoşulması münasibətilə təbrik etdi.

Söhbət əsnasında məhz BMT-nin Nizamnaməsi və TŞ-nin qətnamələrinin dünyada mövcüd olan münaqişələrin və hər hansı ziddiyətli məsələlərin həlli üçün əsas təşkil etməsi vurğulandı. Bu mənada, Azərbaycanın BMT, habelə İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq platformalar çərçivəsində Fələstin xalqının hüquqlarının təmin edilməsinə yönəldilən səylərin dəstəkləndiyi qeyd olundu.

Həmsöhbətlər çoxtərəfli formatlarda əlaqələndirilmiş birgə səylər göstərilməsinin vacibliyini bildirərək, bunun beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verə biləcəyi barədə ümumi qənaətə gəldilər.

Fələstin XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə bu ali dəyərlərin təbliğ ediləcəyi, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyindən əminliyi bildirərək, ölkəmizə uğurlar diləyib. Bu xüsusda, hazırkı Zirvə Görüşünün əlamətdar olduğunu və müasir dünyada olduqca vacib olan coxtərəfli əməkdaşlığın təşviq edilməsi üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib.

Nazir E.Məmmədyarov QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin və Cənub-Cənub əməkdaşlıq platforması çərçivəsində birgə səylərin əhəmiyyətinə diqqət yetirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031