SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rusiya Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb

Rusiya Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb
25-10-2019, 15:29

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Bakıda işə başlamış Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.

NAXCİVANXEBERLERİ.COM AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı Moskvanın ədalətli çoxqütblü dünya nizamının qurulmasına, hamı tərəfindən tanınmış hüquq normaları və tərəfdaşların qanuni hüquqlarının tanınmasına əsaslanan bərabərhüquqlu beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına yönəlmiş Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini bildirib.

V.Putin qeyd edib ki, Zirvə Görüşü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın bir sıra regionlarında silahlı münaqişələrini alovlandığı və bunun da bir çox problemi, o cümlədən yoxsulluq və aclıqla mübarizəni əngəllədiyi vaxtda keçirilir. O, əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında gələcək əməkdaşlıq regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31