SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ərdoğan Almaniya, Britaniya və Fransa liderlərinə Suriya ilə sərhəddə görüş təklif edib

Ərdoğan Almaniya, Britaniya və Fransa liderlərinə Suriya ilə sərhəddə görüş təklif edib
23-10-2019, 17:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel və Fransanın prezidenti Emmanuel Makrona İstanbulda və ya Suriya ilə sərhəddə yerləşən Şanlıurfa və Qaziantep şəhərlərində görüşməyi təklif edib.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

“İki gün əvvəl Boris Conson mənə zəng edib Merkel və Makronla birlikdə Londonda görüşməyi təklif etdi. Cavab olaraq dedim ki, ən yaxşısı İstanbulda, yaxud sərhədə yaxın Şanlıurfa və ya Qaziantepdə görüşək”, - deyə Türkiyə prezidenti qeyd edib.

Onun sözlərinə görə, həmkarları Türkiyədə görüşdən imtina etsələr, onda belə bir görüş dekabrın 3-4-də Londonda NATO-nun sammiti zamanı keçirilə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31