SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın turizm brendinin tanıtım videoçarxı 3-cü yerdədir

Azərbaycanın turizm brendinin tanıtım videoçarxı 3-cü yerdədir
22-10-2019, 12:00

Azərbaycanın turizm brendinin tanıtım videoçarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) təşkilatının həyata keçirdiyi müsabiqənin onlayn səsverməsində 6 800 səslə 3-cü pillədə yer alır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, hazırkı nəticələrə əsasən ilk pillədə 9 800 səslə İspaniya, 2-ci pillədə isə 8 300 səslə Fransa qərarlaşıb.

Azərbaycanın birinci pillədə yer alması, beləliklə ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu vətəndaşlardan dəstək gözləyir.

Oktyabrın 25-nə qədər davam edəcək müsabiqədə Azərbaycanı qalib etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/ linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik etmək olar.

24 saat ərzində müxtəlif vaxtlarda da linkə daxil olaraq səs vermək mümkündür.

“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Xatırladaq ki, 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mübarizə aparır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930