SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib
18-10-2019, 19:30

Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.

Xarici İşlər Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930