SON DƏQQƏ

naxcivanxeberleri.com

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans
18-10-2019, 11:11

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirib.

Partiyanın Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli konfransı giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan tarixinin yetişdirdiyi ən böyük siyasi dühalardan biri olan ümummilli lider Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan doğma Naxçıvana qayıdışı müasir tariximizin son dərəcə ağır və mürəkkəb dövründə dövlətçiliyimizin xilasının başlandığı gün kimi tariximizə həkk olunub. Bu qayıdışın obyektiv tarixi zərurət olduğunu həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasının qəbul etdiyi tarixi qərarlar da təsdiqlədi. 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında Ali Məclisin Sədri seçilən ümummilli liderin siyasi fəaliyyəti bilavasitə müstəqilliyimizin qorunması və əbədiləşdirilməsi mərhələsinə çevrildi. Məhz buna görə xalqımız 1993-cü ilin iyununda Azərbaycan dövlətçiliyinin sükanını yenidən dahi şəxsiyyətə etibar etdi.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusundakı çıxışında bildirib ki, ölkəmizin müstəqilliyinin təməli, zəruri bazası görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə yaradılıb. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən dərhal sonra xalqımız ağır problemlər məngənəsinə düşdü. Belə bir taleyüklü anda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya getməsi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə xalqımızın və dövlətimizin milli qurtuluş hərəkatının zəfər yürüşü başladı. Müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi şərəfli və məsuliyyətli bir missiyanı uğurla həyata keçirərək hələ sağlığında xalqın qəlbində əbədiləşən ümummilli liderin siyasi xətti bu gün də ölkəmizdə dönmədən davam etdirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü, Naxçıvan Müəllimlər İnstitutunun III kurs tələbəsi Qumru Camalova “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti”, təşkilat aparatının baş təlimatçısı Cəlal ­Həsənli “Yeni Azərbaycan Partiyası və müstəqil Azərbaycan” mövzularında çıxış ediblər. Çıxışlarda ümummilli liderin gənclər siyasətinin muxtar respublikada da uğurlu davamından, partiyanın 27 illik tarixinin, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirməsindən bəhs olunub. Qeyd edilib ki, ölkəmizin sürətli iqtisadi inkişafı, milli­-mədəni yüksəlişi, xarici siyasətdəki ardıcıl uğurları və cəmiyyətdəki dayanıqlı siyasi sabitliyi dövlətçiliyimizlə yanaşı, partiyanın da 27 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır.


Nail ƏSGƏROV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30