SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb

Türkiyədə deputatın oğlu qala divarından yıxılaraq ölüb
17-10-2019, 16:40

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçının Ankara qalasından yıxılaraq ölməsi ilə əlaqədar 3 nəfər şübhəli şəxs kimi saxlanılıb.

NAXCİVANXEBERLERİ.COM “Haber7”yə istinadən xəbər verir ki, T.İ.Yalçın 2-si qadın olmaqla 3 dostu ilə birlikdə Ankara qalası ətəyində quş saxlayan dostu Arif Fidanboyun yanına gedib.

Dostlar orada bir müddət söhbətləşdikdən sonra şəhər mənzərəsini seyr etmək üçün qalanın divarlarına çıxıblar. Turan İlteber Yalçın və Arif Fidanboy hələlik məlum olmayan səbəblərdən tarazlıqlarını itirərək 70 metr yüksəiklikdən qayıqların üstünə düşüblər. MHP-li deputatın oğlu hadisə yerində dünyasını dəyişib.

A.Fidanboy yaralı halda xəstəxsanaya yerləşdirilib. Onun səhhətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ankara polisi və prokurorluğunda araşdırmalar davam etdirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930