SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü AMEA Naxçıvan Bölməsində qeyd olunub

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü AMEA Naxçıvan Bölməsində qeyd olunub
17-10-2019, 16:20

AMEA Naxçıvan Bölməsində 18 oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi konfrans keçirilib.

“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində gördüyü məqsədyönlü tədbirlərdən danışıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərcmərclikdən qurtarıb. Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi qərarlar qəbul edib.

Bildirib ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişiklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
İsmayıl Hacıyev qeyd edib ki, dahi şəxsiyyətin işi və əməlləri Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə uğurla davam etdirilir. Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının bu gün bütün sahələrdə yüksək inkişafı dahi öndər Heydər Əliyevin parlaq ideyasının təzahürüdür.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli çıxış edərək müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930