SON DƏQİQƏ

naxcivanxeberleri.com

DYP əməkdaşları yolda yanan avtomobili söndürüblər

DYP əməkdaşları yolda yanan avtomobili söndürüblər
17-10-2019, 16:10

Daşkəsən rayonunda DYP əməkdaşları yanan avtomobili söndürüblər.

NAXCİVANXEBERLERİ.COM-un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031