SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov: “Dağlıq Qarabağla bağlı Nyu-Yorkdakı son görüş məni bir az məyus etdi”

Elmar Məmmədyarov: “Dağlıq Qarabağla bağlı Nyu-Yorkdakı son görüş məni bir az məyus etdi”
17-10-2019, 13:21

“Tərəflər irəli getmək və həqiqətən bu münaqişənin siyasi həllini istəyirlərsə, onda substantiv danışıqlara başlamaq lazımdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın "İzvestiya" nəşrinə müsahibəsində deyib.

"Sonuncu dəfə bir ay əvvəl ABŞ-da görüşdük. Artıq demişəm, təəssüf ki, danışıqlar barədə yox, görüş haqqında danışmalı oluruq. Ermənistanlı həmkarımla son belə görüş Nyu-Yorkda Minsk qrupunun iştirakı ilə olsa da, düzünü deyim ki, o görüş məni bir az məyus etdi”, - E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Madrid sənədində, ardından 2010-cu ildə onun yenidən işlənmiş variantında, daha sonra isə Kazan sənədində göstərilən hər şey işlənir, amma prinsipcə danışıqlar üçün əsas olaraq qalır.

"Hər dəfə həmsədrlərimizə deyirik: biz heç yerə yox olmayacağıq, oturub bu gün masada olan sənəd əsasında Yerevanla əsaslı şəkildə danışıqlar aparmaq lazımdır”, - nazir qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930