SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Litva arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Litva arasında turizm əlaqələri müzakirə olunub
16-10-2019, 16:30

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Litva Respublikasının Druskininkay şəhərinin meri Riçardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət Turizm Agentliyidən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Fuad Nağıyev turizm sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, eləcə də mövcud potensialın inkişaf etdirilməsinin vacib məqamlardan olduğunu diqqətə çatdırıb.

Riçardas Malinauska meri olduğu Druskininkay şəhərinin 19-cu əsrdən bu günədək Baltikyanı ölkələr üzrə məşhur turizm məkanı hesab olunduğunu qeyd edərək turizm sahəsində mümkün ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.

Görüşdə Azərbaycan və Litva dövlətləri arasında olan dostluq əlaqələrinin möhkəmliyi vurğulanaraq gələcəkdə də turizm sahəsində bu növ görüşlərin keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən litvalı turistlərin sayı 1 885 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 27% artım deməkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930