SON DƏQİQƏ

naxcivanxeberleri.com

NATO admiralı Azərbaycana təşəkkür edib

NATO admiralı Azərbaycana təşəkkür edib
16-10-2019, 14:52

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan Azərbaycana təşəkkür edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, o, təşəkkürünü oktyabrın 16-da Bakıda Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb.

O, həmçinin “NATO Günləri”nin Azərbaycanda yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031