SON DƏQİQƏ

naxcivanxeberleri.com

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər

Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər
16-10-2019, 11:29

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onları müşaiyət edən vəzifəli şəxslər oktyabrın 16-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəliblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, diplomatlar Xankəndində Dağlıq Qarabağdakı erməni separatçı rejiminin rəhbəri Bako Saakyanla görüşüblər.

Görüşdə münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların hazırkı vəziyyəti, qoşunların təmas xəttindəki durum müzakirə olunub.

Həmsədrlər daha sonra Bakıya yola düşəcəklər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930