SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türk Şurasına sədrlik Azərbaycana keçib

Türk Şurasına sədrlik Azərbaycana keçib
14-10-2019, 11:28

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib.

NAXCİVANXEBERLERİ.COMxəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.

O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930