SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələr müzakirə olunub

Azərbaycanla Avstriya arasında iqtisadi əlaqələr müzakirə olunub
12-10-2019, 16:14

İqtisadiyyat naziri Şahin Mustafayevin Avstriyanın Federal nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğu, Avstriya ilə əməkdaşlığa böyük önəm verildiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında müvafiq müqavilə-hüquq bazası yaradılıb, 40-a yaxın sənəd, o cümlədən Azərbaycan və Avstriya arasında Dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Azərbaycan-Avstriya Əməkdaşlıq Şurası, Avstriya-Azərbaycan Ticarət Palatası, Avstriya İqtisadiyyat Palatasının Azərbaycandakı nümayəndəliyi ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verir: “Azərbaycanla Avstiya arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Ötən il ölkəmizin Avstriya ilə ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələr üzrə 50-yə yaxın Avstriya şirkəti qeydiyyatdan keçib. Avstriya şirkətləri ölkəmizdə dövlət əsaslı layihələrdə də iştirak edirlər”.

İqtisadi əməkdaşlığın genişləndirilməsinə gəlincə, İqtisadiyyat naziri əlaqələrin müxtəlif istiqamətlər, xüsusilə investisiya, nəqliyyat-tranzit, sənaye, turizm, səhiyyə, əczaçılıq və tibbi ləvazimatların istehsalı sahələrində inkişaf etdirilməsi üçün böyük potensialı qeyd edib. Avstriya şirkətləri həmçinin, əlverişli biznes və investisiya mühitindən yararlanmaqla, ölkəmizdəki sənaye parkları və məhəllələrinə investisiya yatıra bilərlər.

A.Rayxhardt ölkəsi ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ikitərəfli əlaqələrin gücləndirilməsi üçün intensiv görüş və müzakirələrin önəmini vurğulayıb.

Avstiya şirkətlərinin rəhbərləri fəaliyyət istiqamətləri barədə məlumat verib, Azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə təkliflərini bildiriblər.

Görüşdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov da iştirak ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031