SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyə ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması xəbərini təkzib edib

Türkiyə ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulması xəbərini təkzib edib
12-10-2019, 10:00

Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyada Fərat çayının şərqində ABŞ qoşunlarının müşahidə məntəqəsinin atəşə tutulması haqqında iddiaları təkzib edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Nazirliyin yaydığı məlumata görə, Türkiyənin Suruç şəhərinin cənubunda sərhəd zastavaları Amerika ordusunun müşahidə məntəqəsindən təxminən 1 kilometr cənub-qərbdəki yüksəkliklərdən pulemyot və minaatanların atəşinə məruz qalıb. Qeyd edilir ki, özünümüdafiə çərçivəsində terrorçuların mövqelərinə cavab atəşi açılıb.

"ABŞ-ın müşahidə məntəqəsinin atəşə tutulmasından söhbət gedə bilməz. Cavab atəşindən əvvəl Amerika bazasına zərər vurulmaması üçün bütün zəruri tədbirlər görülüb. Amerika tərəfindən xəbərdarlıqdan sonra bizim tərəfimizdən xəbərdaredici atəş dayandırılıb. Bizim ABŞ və koalisiya qüvvələrini atəşə tutmağımızdan söhbət gedə bilməz", - xəbərdə deyilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930