SON DƏQİQƏ

naxcivanxeberleri.com

Deputat: "Qarabağ Azərbaycandır" şüarı altında ümumxalq yürüşü keçirilməlidir

Deputat:
10-10-2019, 16:00

Bütün Azərbaycan cəmiyyəti "Qarabağ Azərbaycandır" hərəkatı ətrafında birləşməlidir.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, bu şüar altında ümumxalq yürüşü keçirilməlidir: "Azərbaycan bayrağı altında Bakının hansısa nöqtəsindən yürüş edilə bilər. Bununla iradəmizi orataya qoyub, Prezidentin yanında olduğumuzu göstərməliyik".

F.Ağamalı deyib ki, Azərbaycanda sayı ermənilərdən qat-qat çox olan etnik qruplar var, onlar əsrlər boyu azərbaycanlılarla eyni sırada, eyni mövqedə bu dövlət üçün canlarından, qanlarından keçiblər: "Əgər bu etnik qruplar azərbaycanlılarla bərabər, heç bir problem olmadan yaşayırlarsa, ermənilər də Azərbaycan qanunlarını, ərazi bütövlüyünü qəbul edərək Azərbayxan xalqı ilə bərabər yaşayıb dövlətçiliyə xidmət edə bilərlər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031