SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Məclisdə “Naxçıvan sazişi–10 il” mövzusunda beynəlxalq konfrans keçirilir

Milli Məclisdə “Naxçıvan sazişi–10 il” mövzusunda beynəlxalq konfrans keçirilir
10-10-2019, 12:23

Oktyabrın 10-da Milli Məclisdə “Naxçıvan sazişi–10 il” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaranması tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, Naxçıvan Sazişinin imzalanmasından keçən 10 il müddətində türkdilli dövlətlər arasında əlaqələr xeyli inkişaf edib. Ulu öndər Heydər Əliyev türkdilli ölkələr arasında münasibətlərin inkişafına xüsusi diqqət ayırırdı. Bu gün bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Altınbek Mamayusupov bildirib ki, Azərbaycan Prezidenti türkdilli xalqlar arasında münasibətlərin inkişafına daim həssas münasibət göstərir. Bu, təqdirəlayiq haldır. TÜRKPA-nın yaradılması bu işə böyük töhfədir.

Konfrans işini “Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda panel iclasla davam etdirir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031