SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir

Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir
10-10-2019, 14:30

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

NAXCİVANXEBERLERİ.COM Türkmənistanın "Orient" agentliyinə istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda iştirak edir.

Toplantıdan əvvəl Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov MDB ölkələrindən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

MDB XİNŞ iclası dar və geniş tərkibdə keçiriləcək. Orada əməkdaşlığın inkişafına dair 10 sənədə baxılacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031