SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hacıbala Abutalıbov: "Azərbaycan Çinlə əlaqələrə böyük önəm verir"

Hacıbala Abutalıbov:
10-10-2019, 13:39

Azərbaycan Baş nazirinin müavini Hacıbala Abutalıbov Pekində Çinin Baş naziri Li Ketsyan ilə görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edib.

NAXCİVANXEBERLERİ.COM bu barədə "Sinhua" agentliyinə istinadən xəbər verir.

L.Ketsyanın sözlərinə görə, Pekin və Bakı arasında diplomatik əlaqələr qurulandan bəri hər iki tərəf ikitərəfli münasibətlərin davamlı və dayanıqlı inkişafını həyata keçirmək məqsədilə həmişə qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı mənfəət prinsipləri əsasında əməkdaşlıq edib.

O, Pekinin milli maraqlara uyğun inkişaf yolunu davam etdirmək istəyində Bakını dəstəklədiyini və qarşılıqlı faydalı əməkdaşlıq və ortaq inkişaf üçün Azərbaycanla birlikdə olmaq istədiyini bildirib.

Öz növbəsində, H.Abutalıbov Azərbaycanın Çin ilə əlaqələrə önəm verdiyini, "vahid Çin" siyasətini qətiyyətlə dəstəklədiyini və Çin ilə dostluğu möhkəmləndirməyə, daha böyük qarşılıqlı fayda əldə etmək üçün "Bir Qurşaq, Bir Yol" təşəbbüsündə fəal iştirak etməyə hazır olduğunu vurğulayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031