SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir - FOTO

Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir - FOTO
9-10-2019, 17:40

Dövlət Miqrasiya Xidmətinin (DMX) Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.

DMX-dən NAXCİVANXEBERLERİ.COM bildiriblər ki, sessiyanın birinci günündə vətəndaşsızlıq məsələləri ilə əlaqədar yüksək səviyyəli seqment təşkil olunub.

Tədbirdə çıxış edən Rza Talıbov Azərbaycanın 1992-ci ildən etibarən vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu bir sıra beynəlxalq sənədlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək doğma yurdundan zorla çıxarılıb. Həmin insanların hamısı Azərbaycana pənah gətirib. 1990-cı ildə 50 minədək məshəti türkü də məhz ölkəmizdə sığınacaq tapıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulayan Rza Talıbov ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiyası məqsədilə reallaşdırılan tədbirlərdən, o cümlədən miqrasiya qanunvericiliyinin tələblərinin sadələşdirilməsi və vətəndaşlıq sahəsində humanist hüquqi yanaşmanın tətbiqindən danışıb. Vurğulayıb ki, dövlət rəhbərliyinin uğurlu siyasətinin nəticəsində respublikamızda doğulan və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq, eləcə də Azərbaycan ərazisində olan və hər iki valideyni naməlum uşaq da tamhüquqlu vətəndaş hesab edilir.

Baş İdarə rəisi respublikamızda vətəndaşlığı olmayan şəxslərin naturalizasiyası istiqamətində atılan addımlardan da danışıb. Bildirib ki, vətəndaşlıq almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Bu da ölkədəki sosial-iqtisadi inkişafla bağlıdır. 2008-2019-cu illərdə ümumilikdə 1619 nəfər vətəndaşlığı olmayan şəxs Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul edilib. Əlli bir nəfərin isə vətəndaşlığının bərpası həyata keçirilib. Hazırda ölkə ərazisində 545 nəfər vətəndaşlığı olmayan şəxs var. Növbəti üç ildə həmin şəxslərin naturalizasiyası təmin ediləcək.

Yüksək səviyyəli seqmentdə təmsil olunan dövlətlər tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində könüllü vədlər elan edilib. Azərbaycan Hökuməti tərəfindən də ölkəmizin milli maraqları nəzərə alınmaqla müvafiq öhdəliklər səsləndirilib.

BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasına oktyabrın 11-də yekun vurulacaq.
Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir - FOTO
Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir - FOTO
Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031