SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il Nur-Sultanda keçiriləcək

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il Nur-Sultanda keçiriləcək
9-10-2019, 14:50

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 17-ci iclasının 2020-ci ildə Nur-Sultanda keçirilməsi barədə razılığa gəlinib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında qeyd edilib.

İclasın sonunda protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədləri-Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika nazirir Kanat Bozumbayev imzalayıblar.

İclasda Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib ki, 1995-ci ildən indiyədək Azərbaycanın Qazaxıstana investisiyasının həcmi 200 mln.dollar, Qazaxıstanın Azərbaycana investisiyasının həcmi isə 83 mln.dollar təşkil edib.

Nazir qarşılıqlı investisiya üçün böyük potensial olduğunu vurğulayıb:"Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələr olmaqla bərabər, strateji tərəfdaşdırlar.İki il əvvəl imzalanmış yol xəritəsinin ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması hədəfi üzrə mühüm addımlar atılır. İki ölkə arasında ötən il ticarət döviyyəsi 55,4% artaraq, təxminən 221 mln. ABŞ dollarına yaxın olub. 2018-ci iləd ixrac 36,1%, idxal 61,5% artıb.Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmində 11% artım qeydə alınıb və bu dövrdə ticarət dövriyyəsinin həcmi 168 mln. dollar təşkil edib”,- nazir qeyd edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031