SON DƏQİQƏ

naxcivanxeberleri.com

Cənubi Koreya vətəndaşlarının adları XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Cənubi Koreya vətəndaşlarının adları XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
8-10-2019, 21:51

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər.

NAXCİVANXEBERLERİ.COM Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031