SON DƏQİQƏ

naxcivanxeberleri.com

İsveçrə Kantonlar Şurasının prezidenti Azərbaycana rəsmi səfər edəcək

İsveçrə Kantonlar Şurasının prezidenti Azərbaycana rəsmi səfər edəcək
8-10-2019, 12:51

İsveçrənin Kantonlar Şurasının (parlamentin yuxarı palatası) prezidenti Jan-Rene Furnye oktyabrın 8-də Azərbaycana rəsmi səfər edəcək.

NAXCİVANXEBERLERİ.COM bu barədə İsveçrənin Federal Məclisinin saytına istinadən xəbər verir.

Məlumata görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədov, Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.

Tərəflər Çin və Avropa arasındakı İpək Yolunun "mərkəzi dəhlizi" kimi Azərbaycanın strateji coğrafi vəziyyətini müzakirə etmək niyyətindədirlər.

Azərbaycanda olduğu müddətdə Jan-Rene Furnye sosial aztəminatlı qadınların əmək bazarına girişlərinə yardım edən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən mərkəzə baş çəkmək niyyətindədir. Səfər proqramına həmçinin İsveçrənin HOLCIM və SIKA şirkətlərinin Azərbaycandakı istehsal obyektlərinə ziyarət də daxildir.

Səfər oktyabrın 11-də başa çatacaq.

Bundan sonra İsveçrə Kantonlar Şurasının prezidenti Rusiyaya səfər edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031