SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
8-10-2019, 13:10

Sabah Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, yanacaq-energetika, nəqliyyat, loqistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti, dövlət qulluğu, əqli mülkiyyət sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Tədbirdə Hökumətlərarası Komissiyanın 2018-ci il oktyabrın 31-də Qazaxıstanda keçirilmiş 15-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçiriləcək, növbəti addımlar müəyyənləşdiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Birgə Hökumətlərarası Komissiyasının 16-cı iclasının yekunlarına dair Protokol imzalanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031