SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda komanda-qərargah təlimi keçirilib

Naxçıvanda komanda-qərargah təlimi keçirilib
5-10-2019, 20:10

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd birləşmə və hissələrin döyüş hazırlığı vəziyyətinin yoxlanılması, mühafizədən müdafiəyə keçərkən uzlaşmış fəaliyyətə nail olunması, müdafiə döyüşünün aparılması zamanı döyüş düzülüşü elementlərinin fəaliyyətinin təkmilləşdirilməsi olub.

Praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr təlimdə döyüş atışlarını yerinə yetiriblər. Ərazidə qəbul edilmiş qərarlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra edilib.

Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılarkən bildirilib ki, qarşıya qoyulmuş tapşırıqların tam həcmdə yerinə yetirilməsində zabitlərin peşəkarlığı və ən müasir vasitələrin tətbiqi mühüm rol oynayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031