SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Finlandiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
2-10-2019, 17:17

Oktyabrın 1-də Helsinki şəhərində Azərbaycan və Finlandiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, XİN-dən verilən məlumata görə, Azərbaycan tərəfindən nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov başçılıq edib.

Nazir müavini məsləhətləşmələr çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Matti Anttonen və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Maimo Henrikssonla görüşlər keçirib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb. Xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması, peşə təhsili üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən tvininq layihələri müzakirə edilib.

X.Xələfov həmsöhbətlərinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Görüşlərdə Azərbaycan-Avropa İttifaqı münasibətləri, Finlandiyanın Aİ-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələr zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli prosesinin hazırkı durumu müzakirə edilib.

Bundan əlavə tərəflər Xəzər dənizi hövzəsində əməkdaşlıq, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Helsinkiyə səfəri çərçivəsində X.Xələfov həmçinin Finlandiya Parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, sabiq xariciişlər naziri İlkka Kanerva ilə görüşüb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031